aftarqi  
 
  Yeni sayfanın başlığı 29.04.2024 09:38 (UTC)
   
 

Autizm mövzusunda günümüzə qədər edilən tərif və fikirləri dörd yerə ayıra bilərik:

1.Autizmin ortaya çıxması ümumiyyətlə 30 aylıqdan öncəki vaxtda rast gəlinir.

2.Uşaqların danışma və dil inkişafında diqqətə çarpan bir gecikmə müəyyən edilir.

3.Zehni inkişafla əlaqəsi olmayan,ancaq sosial inkişafla əlaqəli bir çatışmamazlıq müəyyən 
edilir.
4.Diqqətə çarpan davranışlar arasında:eyniliyi qoruma və dəyişikliyə qarşı reaksiya göstərmək 
yer tutur. 

Autizmin getdikcə önəm qazanması və bu sahədəki çalışmaların da artması nəticəsində,bir-birindən fərqli çalışmalar istiqamətində dəyişik davranış özəlliklərinin ola biləcəyi irəli sürülmüş və müxtəlif fikirlər yaranmışdır.Bu fikirlər arasında inkişaf səviyyəsinin normal olmadığını göstərən bu davranışlar vardır:

a)Sosial təsirlərdə çatışmamazlıq
-Ətrafındakı fərdlərin fikrində olmaması
-Özünün rahat və güvənli ola biləcəyi mühiti seçmə bacarığının olmaması
-Təqlid davranışının çatışmaması,ya da heç olmaması
-Sosial oyun davranışının çatışmaması,ya da heç olmaması
-dostluq münasibətlərində narahatlıq

b)Dil və ünsiyyət inkişafında və simvolik inkişafında normaldan fərqli olma

-Qarşılıqlı ünsiyyətin olmaması
-şifahi olmayan anormal ünsiyyətin qurulması
-məhsuldarlığın olmaması
-Şifahi dilin istifadəsindəki fərqlilik
-Söhbətin məzmunu və formasında normaldan fərqlilik
-Qarşılıqlı dialoq qurmada çatışmazlıq
c) Maraqların məhdud sayda olması

-Stereotip hərəkətlər göstərmək
-Obyektlərin daha çox detalları ilə maraqlanmaq
-Ətrafdakı dəyişikliklərə qarşı reaksiya göstərmək
-Günlük yaşam ilə əlaqəli vərdişlərin dəyişiminə qarşı çıxma
-Marağın son dərəcə məhdud olması

Autizmin,bir-birindən əlaqəsiz əlamətlərin birləşməsi deyil:sosial münasibət,ünsiyyət fəaliyyətindəki çatışmazlığı ehtiva edən bir vəziyyət olduğu söylənilə bilər.
Autizm daha əvvəldən düşünüldüyü kimi sevgi yoxluğundan,ünsiyyət əksikliyindən ya da uşağın keçmiş həyatı ilə bağlı duyğulu problemlərindən qaynaqlanmır.Xəstəliyin qaynağı psixoloji deyil:bir cür sinir sisteminin inkişaf pozuntusudu.
Əvvəllər autizmin başlanğıcının uşağın doğumundan sonraki 30 aylıq vaxt içində görüləbiləcəyi ifadə edilərkən,son illərdə,uşaqların 36 aylıq olduqlarında və ya daha sonrakı vaxtlarda da autistik davranış özəllikləri göstərəbiləcəkləri söylənilməkdədir.Geniş əhatəli araşdırma tapıntıları,autizmin qızlara nisbətən oğlanlarda daha geniş görüldüyü yönündədir.

Autizmli uşaqların xüsusiyyətləri

1.Duyğusal xüsusiyyətləri

a)Eşitdiyi xəbərdarlıqlara qarşı reaksiyalar:Səslərə qarşı çox dəyişik reaksiyalar göstərən 
autistik uşaqların,ilk uşaqlıq illərində bəzi səslərə heç bir reaksiya verməməsi,uşaqda eşitmə 
problemi olduğu düşüncəsini formalaşdırmaqdadır.

b)Gördüyü xəbərdarlıqlara qarşı reaksiyalar:Autistik uşaqların insan üzünə və ətrafındakı bir 
çox obyektə baxmamalarına qarşı,hərəkət edən,dönən ya da parlaq olan bəzi obyektlərə çox 
uzun baxa bildikləri,bəzilərinin zaman-zaman işıqdan narahat olduqları,hətta qaranlıq bir 
otaqda daha rahat olduqları görülür.

c)Ağrıya,istiyə,soyuğa qarşı reaksiyalar:Bu reaksiyalar bəzi uşaqlarda ağrını,istini və soyuğu 
duymaq şəklində ortaya çıxarkən,bəzilərində soyuq su ilə əllərini yuyarkən ağlama,əlinə iynə 
batdığı zaman qışqırmaq kimi çox həssas şəkildə də görülür.

d)Toxunmağa qarşı reaksiyalar:Hər hansı bir kimsə tərəfindən toxunulmağa,qucağa alınmağa 
reakiya göstərən autistik uşaqlar,fiziki təması rəddetməkdə və ətrafdakılarla əlaqə qurmaqdan 
qaçmaqdadırlar.

Autistik uşaqların ətrafındakılardakı duyğusal xəbərdarlıqlara çox fərqli reaksiyalar verməklərinə qarşı,yeni bir obyekti ümumiyyətlə qoxlayaraq,yalayaraq və barmaqlarını üzərində gəzdirərək tanımağa və kəşf etməyə çalışdıqları gözlənməkdədir.

2.Motor inkişaf xüsusiyyətləri

Autistik uşaqların,təqlid etmə bacarıqlarının çoxaz ya da heç olmamasına bağlı olaraq,böyük əzələ mühərrik bacarıqlarının işlədilməsini tələb edən ipdən atlanmaq,rəqs,üzmə kimi bəzi hərəkətləri daha gec öyrəndikləri görülür.

Autistik uşaqlar duruşlarında,əllərini işlətməkdə zaman-zaman normaldan fərqli bir görüntü göstərirlər.Bununla birlikdə hiperaktiv və ya hipoaktiv olmaları da digər mühərrik davranış xüsusiyyətləri olaraq qəbul edilməkdədir.

3.Sosial inkişaf xüsusiyyətləri

Qucağa alındıqlarında qucaqlamamaq,ananın səsinə reaksiya verməmək kimi davranışlar göstərən autistik uşaqların çoxu,anaya bağlılıq davranışından yoxsuldurlar.

Sevgi və güvəndə olmaq baxımından insanlara qarşı fiziki yaxınlaşma davranışları göstərirlər.

Autistik uşaqlar zamanlarının çoxunu tək başlarına oynayaraq keçirdikləri və ana-ataları ilə əlaqə qurmadıqları görünmüşdür.
Ətraf ilə bağlı ən kiçik dəyişikliklərin qarşısında çox diqqətli olduqları halda,insan üzü və qarşılıqlı ünsiyyət onlar üçün çox az önəm daşımaqdadır.
Autistik uşaqlarda oyun bacarığı,simvolik düşüncənin qazanıldığı duyğu-mühərrik vaxta paralel olaraq inkişaf etməməkdədir.Ünsiyyət və xəyal gücündən yoxsul olmaları səbəbi ilə digər uşaqların oyunlarına qatılmazlar.
4.Dil və ünsiyyət xüsusiyyətləri

ətrafdakı fərdlərlə əlaqə qurmaqda qeyri-kafi olma,autizmin ən diqqətə çarpan xüsusiyyətlərdəndir.
a)Şifahi olmayan ünsiyyət:Əsas duyğuları ifadə etməkdə çətinlik,qarşıdakı insanın üzünə və gözünə baxmama,qarşılıqlı əlaqə qurmaq istəmədiyində bağırmaq,vurmaq,qışqırmaq kimi xüsusiyyətlər görülür.

b)Şifahi ünsiyyət:Autistik uşaqların dil inkişafında heç danışmama,sadəcə bir iki söz demə,çox sözlə mənasız danışma,yanğılı danışma,əvəzlikləri qarışdırma,danışılanları anlamaqda çətinlik çəkmə,qrammatik pozuntular və tələffüz çətinliyi kimi xüsusiyyətlər görülür.

5.Zehni inkişaf xüsusiyyətləri

Autistik uşaqların zəka səvuyyələrini öyrənən testləri istifadədə çətinliklər olması və bu uşaqların testlərdə aşağı göstərici göstərməsi,zəka bölümlərinin isbatını çətinləşdirir.

Son aparılan araşdırmalar,Əsas problemin zehni inkişaf sahəsində olduğunu bildirməkdə və bu mövzudakı mübahisələr zehni çatışmazlığın:birinci olaraq dil və ünsiyyət problemlərinə yol verdiyi,ikinci olaraq da davranış və duyğudakı çətinliklərə səbəb olduğu istiqamətində mərkəzləşməkdədir.

6.Davranış xüsusiyyətləri

Autistik uşaqlarda insana qarşı reaksiyasız davranma,sosial təsirlərdən geri çəkilmə kimi davranış xüsusiyyətləri olduğu göstərilə bilər.

a)Duyğusal reaksiyalar

-Sudan qorxma,ayaqqabı ayağını sıxdığı üçün ayaqqabı geyinməyi istəməmə kimi xüsusi 
qorxular.
-Təhlükələrin fərqində olmamaq
-Səbəbsiz gülmə və ağlama davranışları göstərmək
-Ən kiçik dəyişikliklərə böyük reaksiya göstərmək

b)Davranış problemləri:Kin,ətrafına,ya da özünə zərərverici davranışlar,stereotip bədən hərəkətləri autistik uşaqlarda görülən davranış problemləridir.

7.Xüsusi bacarıqlılar

Bunlar ümumiyyətlə danışma bacarığı kimi mücərrəd məna daşımayan tipdən bacarıqlardır.Avtobus hərəkət saatları,sayılar və digər detallarla bağlı bəzi vizual bacarıqlar şəklində də ortaya çıxa bilir.
Öz-özünə oxuma-yazma öyrənə bilmə,oxuduğunu anlamasa da axıcı bir şəkildə oxuyabilmə,qısa vaxtda əzbərləyə bilmə kimi bacarıqlara sahib,tez inkişaf etmiş qavrama və ya vizual mühərrik bacarıqları olan autistik uşaqlarada rast gəlinir.


Aitistik uşaqlara təhsil proqramının tətbiq edilməsində diqqət edilməli xüsusiyyətlər.

Autistik uşaqların təsil ehtiyaclarının qarşılanmasında müəlliminin hansi mövzuları diqqətə alaraq necə hərəkət etməsi lazım olduğunu yaxşı bilinməsi önəmlidir.Bunun üçün müəllimin, aşağıdakı nöqtələrə diqqət etməsi lazımdır:

1.Autistik uşaqların təhsilinə uşağın göstərdiyi hərəkətlər nəzərə alınaraq başlanılması.

2.Autistik uşaqlara fərdi təhsil proqramı tərtib edilməsi.

3.İnkişafın qeyd edilməsi və dəyərləndirilməsi.

4.Ünsiyyət problemlərinin üzərində dayanılması.

5.Problem davranışların ortadan qaldırılması.

6.Düzəldilmiş təhsil-tərbiyə mühitlərinin hazırlanması.

7.Təhsildə istifadə ediləcək vasitələrin funksional olması.

8.Öyrədiləcək bacarıqların bilinməsi.

9.Fəaliyyətlərin düzəldilməsi.

10.Zamanın düzgün qurulması.

11.Yaxınlaşdırmaq proqramına yer verilməsi.

12.Təhsildə davamlılığın təşkil olunması.

13.Ailənin təhsilə qatılımağının təşkil edilməsi.

14.Uşaq istismarının qarşısının alınması.


Autistik bir uşağın təhsilində başlıca məqsədlər



1.Uşağın digər insanlarla münasibət qurmasına mane olan qəribə və məqsədsiz fəaliyyətlərini 
dayandırmaq.

2.Maraq və diqqətini təhsil materiallarına yönəltməsini təmin etmək.

3.Özünə baxım bacarıqlarını inkişaf etdirmək.

4.Uşağı sosial mühitə rahat alışdıra bilmək üçün lazımlı hazırlıqları etmək.

5.Ünsiyyət bacarıqlarını artıra bilmək.
6. Ailələri,uşaqlarının inkişafına dəstək olmaları üçün öyrətmək.

 
 
 
 
 
 
[umfrage]
  Facebook beğen

Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol